satellite   Azerspace-1: 11135 H 30000

Ağdama köçən ailələrə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB - FOTOLAR

Ağdama köçən ailələrə mənzillərinin açarları təqdim olunub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Ağdama köçən ailələrə mənzillərinin açarları təqdim olunub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Ağdama köçən ailələrə mənzillərinin açarları təqdim olunub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Ağdama köçən ailələrə mənzillərinin açarları təqdim olunub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Ağdama köçən ailələrə mənzillərinin açarları təqdim olunub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Ağdama köçən ailələrə mənzillərinin açarları təqdim olunub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Ağdama köçən ailələrə mənzillərinin açarları təqdim olunub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Ağdama köçən ailələrə mənzillərinin açarları təqdim olunub<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Ağdam şəhərinə növbəti köç karvanı ilə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, budəfəki köç çərçivəsində Ağdam şəhərinə - 2-ci yaşayış kompleksinə 117 ailə, ümumilikdə, 362 nəfər köçürülüb.

Doğma yurda qayıdan ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Ağdamda qarşılanan ailələrə əvvəlcə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Sakinlərə tanımadıqları naməlum əşya və cisimlərə toxunmamaq, onlardan uzaq durmaq, belə hallarla qarşılaşdıqda isə dərhal aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.

Mənzillərin açarlarının təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxış edənlər doğma yurdlarına qayıdan sakinləri təbrik edib, onlara yeni həyatlarında firavanlıq və xoş günlər arzulayıblar.

Daha sonra ailələrə yeni mənzillərinin açarları təqdim olunub. Uzun illərdən sonra doğma yurda qayıtmağın sevincini yaşayan Ağdam sakinləri yeni mənzillərinə yerləşiblər.

Qeyd edək ki, 13 hektardan çox ərazini əhatə edən 2-ci yaşayış kompleksində 60 bina inşa edilib. Kompleksdə 114 birotaqlı, 464 ikiotaqlı, 536 üçotaqlı və 154 dördotaqlı olmaqla, ümumilikdə 1268 mənzil yerləşir.

 

14:24

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Sentyabrın 1-də Ağdam şəhərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.

NTV-nin bölgə müxbiri xəbər verir ki, bu mərhələdə 117 ailə olmaqla, 362 keçmiş məcburi köçkün doğma yurda - Ağdam şəhərinə qovuşub.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM