satellite   Azerspace-1: 11135 H 30000

SOCAR ilə Çinin “CNOOC” şirkəti Anlaşma Memorandumu imzalayıb

SOCAR ilə Çinin “CNOOC” şirkəti Anlaşma Memorandumu imzalayıb

Sentyabrın 1-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Çinin Milli Dəniz Neft Korporasiyasının (“CNOOC”) sədri Canq Şanczyan ilə görüşüb.

SOCAR-dan NTV-yə bildirilib ki, söhbət zamanı tərəflər dənizdə neft və qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi, hasilatı, neft emalı, neft-kimya sahələrində investisiya imkanlarını, beynəlxalq ticarət üzrə əməkdaşlıq fürsətlərini, yeni texnologiyaların tətbiqi və əməliyyat səmərəliliyinin artırılması istiqamətlərində tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Görüş çərçivəsində SOCAR ilə “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd Azərbaycanda və digər ölkələrdə birgə “upstream” layihələrinin həyata keçirilməsini, habelə neft-qaz sektorunda texniki xidmətlər, avadanlıq və texnologiyaların təchizatı, mühəndislik, əməliyyat və texniki dəstək sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM