Azərbaycan kikboksçusu Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə diskvalifikasiya edilib.
Milli Antidopinq Agentliyindən NTV-ə bildirilib ki, idmançının nümunəsində qadağan edilmiş maddə – furosemidin mövcudluğu aşkarlanıb.
Baba Abbaszadəyə tətbiq olunan sanksiya 6 iyul 2026-cı il tarixindən qüvvəyə minib və 6 iyul 2028-ci ildə başa çatacaq.
