satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin sədri: Qoşulmama Hərəkatı beynəlxalq səsini daha da gücləndirməlidir - FOTOLAR

Milli Məclisin sədri: Qoşulmama Hərəkatı beynəlxalq səsini daha da gücləndirməlidir<font color=red> - FOTOLAR</font> Milli Məclisin sədri: Qoşulmama Hərəkatı beynəlxalq səsini daha da gücləndirməlidir<font color=red> - FOTOLAR</font> Milli Məclisin sədri: Qoşulmama Hərəkatı beynəlxalq səsini daha da gücləndirməlidir<font color=red> - FOTOLAR</font> Milli Məclisin sədri: Qoşulmama Hərəkatı beynəlxalq səsini daha da gücləndirməlidir<font color=red> - FOTOLAR</font> Milli Məclisin sədri: Qoşulmama Hərəkatı beynəlxalq səsini daha da gücləndirməlidir<font color=red> - FOTOLAR</font>

Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak etmək üçün Serbiyada işgüzar səfərdədir.

NTV xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin sədri tədbirdə çıxış edib.

O qeyd edib ki, ötən 65 il ərzində Qoşulmama Hərəkatı üzv dövlətlərin ortaq maraq və məramlarının irəlilədilməsi, habelə qlobal çağırışların həllinə kollektiv töhfə verilməsi üçün mühüm beynəlxalq platformaya çevrilib. Qoşulmama Hərəkatının əsas prinsipləri Azərbaycanın xarici siyasətinin fundamental istiqamətləri ilə tam uzlaşır. Azərbaycan 2019-2024-cü illərdə Hərəkata sədrliyi dövründə də bu prinsipləri rəhbər tutaraq təşkilatın həmrəyliyinin, beynəlxalq nüfuzunun və institusional imkanlarının gücləndirilməsinə mühüm töhfələr verib.

S.Qafarova diqqətə çatdırıb ki, 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə Prezident İlham Əliyev Azərbaycanın Bandunq Prinsiplərinə, beynəlxalq hüquqa və ədalətə sadiqliyini, eləcə də Hərəkatın birliyinin, həmrəyliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə qətiyyətli münasibətini bir daha təsdiqləyib.

Milli Məclisin sədri Azərbaycanın sədrliyi dövründə Hərəkatın üzv dövlətləri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. Onun sözlərinə görə, bu dövrdə Qoşulmama Hərəkatı ilə BMT arasında yüksəksəviyyəli görüşlərin keçirilməsi təşəbbüsü irəli sürülüb, COVID-19 pandemiyasına və onun nəticələrinə qarşı əlaqələndirilmiş beynəlxalq reaksiyanın formalaşdırılmasına mühüm töhfə verilib. Azərbaycan sədrliyi dövründə 80-dən artıq dövlətə maliyyə və humanitar yardım göstərib, müxtəlif ölkələrə texniki dəstək və təhsil qrantları təqdim edib. Bununla yanaşı, Hərəkatın institusional inkişafına, onun fəaliyyətinin gələcək nəsillər və müxtəlif təsisatlar arasında genişləndirilməsinə xüsusi diqqət göstərilib.

S.Qafarova Qoşulmama Hərəkatının qarşısında duran əsas vəzifələrə də toxunub. O bildirib ki, Hərəkat öz birliyini və həmrəyliyini qorumaqla yanaşı, beynəlxalq səsini daha da gücləndirməli, sülhə, davamlı inkişafa və daha ədalətli, bərabərhüquqlu dünya nizamının formalaşmasına töhfəsini artırmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM