satellite   Azerspace-1: 11135 H 30000

Fransada təbii qazın qiyməti artıb

Fransada təbii qazın qiyməti artıb

Fransada təbii qazın istinad satış qiyməti sentyabrın 1-dən 5,6 faiz artaraq meqavat-saat üçün 162 avrodan 172 avroya yüksəlib. Bahalaşma təxminən 6 milyon ailəyə təsir göstərəcək.

NTV xəbər verir ki, təbii qazdan istifadə edən ailələr üçün bu artım illik hesabla təxminən 100 avro əlavə xərc yarada bilər. Qiymət artımı Yaxın Şərqdəki böhran və Hörmüz boğazında gəmiçilik hərəkətinin pozulması fonunda qaz bazarında yaranan gərginliklə əlaqələndirilir.

Münaqişənin başlanmasından bəri qazın istinad qiyməti əhəmiyyətli dərəcədə artıb və 2023-cü ildə tətbiq edilməsindən bəri ən yüksək səviyyəyə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM