Filippin sahillərində sentyabrın 9-da sərnişin bərəsində baş verən yanğın nəticəsində 12 nəfər itkin düşüb, 44 nəfər sağ qalıb.
NTV Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayı 76 olaraq qalır.
Bərədə ümumilikdə 134 nəfər (117 sərnişin və 17 heyət üzvü) olub. Hadisə Maniladan yola düşən gəmi Koron bələdiyyəsi yaxınlığında olarkən baş verib.
Hazırda xilasetmə və araşdırma işləri davam etdirilir.
