Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
NTV Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
6. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində.
