satellite   Azerspace-1: 11135 H 30000

Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Boks üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Azərbaycan Boks Federasiyasından NTV-yə verilən məlumata görə, yığma kişilərin mübarizəsində tam heyətlə çıxış edəcək. Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayev, Etibar Abdullayev və Mehman Quliyev çempionatda Sübhan Mamedov (50 kiloqram), Amin Məmmədzadə (55 kiloqram), Məhəmmədəli Aşırəliyev (60 kiloqram), Malik Həsənov (65 kiloqram), Nəbi İsgəndərov (70 kiloqram), Səidcəmşid Cəfərov (75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Seyid Seyidov (85 kiloqram), Rauf Rəhimov (90 kiloqram) və Məhəmməd Abdullayevə (+90 kiloqram) şans verəcəklər.

Qadınların yarışında məşqçi Rafiq İsmayılov Zeynəb Rəhimovanı (54 kiloqram) sınayacaq.

Qitə çempionatında hakim qiymətləndiricisi Anar Babanlı isə Azərbaycanın idman şərəfini qoruyacaq.

Qeyd edək ki, sentyabrın 17-dən 25-dək keçiriləcək yarışda 40 ölkədən 400-dən çox boksçunun qüvvəsini sınayacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM