satellite   Azerspace-1: 11135 H 30000

2026–2027-ci tədris ilində təqribən 2,2 milyon nəfər təhsil alacaq

2026–2027-ci tədris ilində təqribən 2,2 milyon nəfər təhsil alacaq

2026–2027-ci tədris ilində bütün təhsil pillələri üzrə təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır.

NTV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, yeni tədris ilində ümumi təhsil müəssisələrində 1,6 milyon, ali təhsildə 260 min, məktəbəqədər təhsil müəssisələrində 226 min, orta ixtisas təhsili müəssisələrində 64 min, peşə təhsilində isə 44 min nəfərin təhsil alacağı gözlənilir.

Qeyd edilib ki, yeni tədris ilində təqribən 124 min şagird I sinifdə təhsilə başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM