satellite   Azerspace-1: 11135 H 30000

Beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsi genişləndirilir

Beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsi genişləndirilir

Qarabağ Universiteti daxil olmaqla ali məktəblərdə beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsi genişləndirilir

NTV xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, ölkənin aparıcı ali təhsil müəssisələrində dünyanın nüfuzlu universitetləri ilə birgə ikili diplom proqramları uğurla icra olunur.

Qeyd edilib ki, Bakı Mühəndislik Universiteti Cənubi Koreyanın İNHA Universiteti ilə bakalavriat səviyyəsində kompüter elmləri, data analitikası, elektrik və elektronika mühəndisliyi, IT ixtisasları üzrə 104 yer, Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin Ege Universiteti ilə aqromühəndislik, aqronomluq, bağçılıq, bitki mühafizəsi, torpaqşünaslıq və zoomühəndislik üzrə 180 yer ayırıb.

Diqqətə çatdırılıb ki, proqrama yeni qoşulan Qarabağ Universiteti Türkiyənin İstanbul Texniki Universiteti ilə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat və kimya mühəndisliyi ixtisasları üzrə 100 yerlik ikili diplom proqramı həyata keçirir.

Magistratura səviyyəsində isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Böyük Britaniyanın Vorvik Universiteti ilə energetika mühəndisliyi (bərpaolunan enerji) üzrə 20 yer, Azərbaycan Dövlət Pedaqoji Universiteti ABŞ-nin Corc Vaşinqton Universiteti ilə menecment (təhsil menecmenti) üzrə 30 yer, ADA Universiteti isə Corc Vaşinqton Universiteti ilə kompüter elmləri, data elmləri və energetika mühəndisliyi ixtisasları üzrə 75 yer təqdim edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM