satellite   Azerspace-1: 11135 H 30000

Muxtar respublikada 365 milyon 829 min 900 manatlıq sənaye məhsulu istehsal edilib

Muxtar respublikada 365 milyon 829 min 900 manatlıq sənaye məhsulu istehsal edilib

Cari ilin yanvar-avqust aylarında muxtar respublikada 365 milyon 829 min 900 manatlıq sənaye məhsulu istehsal edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, bu, 2025-ci ilin müvafiq dövründəki göstəricidən 4,5 faiz çoxdur. Sənaye məhsulunun 324 milyon 544 min 800 manatı və ya 88,7 faizi malların, 41 milyon 285 min 100 manatı və ya 11,3 faizi isə xidmətlərin payına düşüb.

Ümumi sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 83,1 faizi emal, 15,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM