satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada benzinin qiyməti 4 illik maksimumu yeniləyib

Almaniyada benzinin qiyməti 4 illik maksimumu yeniləyib

Almaniyada avtomobil yanacağının qiyməti yeni rekord həddə yüksəlib.

NTV xəbər verir ki, Alman Avtomobil Klubunun (ADAC) məlumatına əsasən, ölkədə “Super E10” markalı benzinin bir litrinin qiyməti ötən gün orta hesabla 2,273 avro təşkil edib. Bununla da 2022-ci ilin martında qeydə alınmış əvvəlki rekord yenilənib.

Dizelin qiyməti də yüksək olaraq qalır. Bazar günü dizelin bir litri orta hesabla 2,404 avro olub. Bu göstərici apreldə qeydə alınmış tarixi maksimuma yaxınlaşıb.

Körfəz bölgəsində vəziyyətin gərgin olaraq qalması və husilərin Səudiyyə Ərəbistanındakı mühüm neft kəmərinə hücumları yanacağın qiymətlərinin yüksək səviyyədə qalacağını göstərir. “Brent” markalı neftin bir barelinin qiyməti 107 dolları ötüb.

Bəzi ekspertlər vəziyyətin bu cür davam edəcəyi təqdirdə yanacağın qiymətinin 3 avroyadək bahalaşa biləcəyini qeyd edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM