satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda keçirilən əməliyyat zamanı 4 terrorçu məhv edilib

Pakistanda keçirilən əməliyyat zamanı 4 terrorçu məhv edilib

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində dörd terrorçu məhv edilib.

NTV Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qurumlarındakı mənbələr məlumat yayıb. Bildirilib ki, əməliyyat Mastunq rayonunda həyata keçirilib.

Axtarış tədbirləri zamanı təhlükəsizlik qüvvələri ərazidə gizlənən və "Bəlucistan Azadlıq Ordusu" terror qruplaşması ilə əlaqəli olan silahlıların atəşinə məruz qalıblar. Cavab atəşi ilə terrorçuların hamısı zərərsizləşdirilib.

Toqquşma zamanı təhlükəsizlik qüvvələrinin şəxsi heyəti arasında xəsarət alan olmayıb. Bölmələr tərəfindən rayonda reydlər davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM