satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Moskva ilə Gümrüdəki hərbi baza məsələsini müzakirə etməyə hazırıq

Paşinyan: Moskva ilə Gümrüdəki hərbi baza məsələsini müzakirə etməyə hazırıq

İrəvan Moskva ilə Ermənistan ərazisində (Gümrüdə) Rusiyanın 102-ci hərbi bazasının saxlanılması məsələsini müzakirə etməyə hazırdır.

NTV Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

"Əgər Rusiya hərbi bazanın qalmasını istəyirsə, Ermənistan bu məsələni müzakirə etməyə hazırdır", - N.Paşinyan deyib.

O qeyd edib ki, Ermənistan heç vaxt Rusiyanın 102-ci hərbi bazasının ölkədən çıxarılması məsələsini qaldırmayıb.

Bununla belə, N.Paşinyanın sözlərinə görə, əgər Rusiya özü bazanı çıxarmaq qərarına gələrsə, Ermənistan buna etiraz etməyəcək, çünki onun ölkədə mövcudluğu həyati əhəmiyyət kəsb etmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM