İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib.
NTV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesko ilə yolları ayırdığını açıqlamışdı.
