AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının V turunda keçirilən bəzi oyunlarda hakim qərarlarını dəyərləndirib.
NTV xəbər verir ki, o, “Araz-Naxçıvan” – “Turan Tovuz” qarşılaşmasının 80-ci dəqiqəsində baş hakim Elçin Məsiyevin verdiyi penalti qərarının yanlış olduğunu bildirib.
Həmin epizodda “Araz-Naxçıvan”ın hücumçusu cərimə meydançasında “Turan Tovuz”un qapıçısı ilə toqquşaraq yerə yıxılıb. Hakim bu epizodda meydan sahiblərinin xeyrinə penalti təyin edib. Lakin AFFA Hakimlər Komitəsinin sədri qərarın qaydalara uyğun olmadığını qeyd edib.
R.Həsənov “Kəpəz” – “Qəbələ” oyununda mübahisə doğuran digər epizodda isə hakimin qərarının düzgün olduğunu söyləyib.
