satellite   Azerspace-1: 11135 H 30000

Fransada yanacaq bahalaşması narazılığı artırır

Fransada yanacaq bahalaşması narazılığı artırır

Fransada yanacağın qiymətinin sürətlə artması və həyatın bahalaşması əhali arasında narahatlığı artırır. Ölkədə “Sarı jiletlilər” hərəkatının yenidən meydana çıxacağı ilə bağlı suallar fonunda narazılıq getdikcə güclənir.

NTV xəbər verir ki, yanacaqdoldurma məntəqələrində avtomobil sahibləri qiymət artımından ciddi narazılıqlarını bildirirlər. Benzinin litri orta hesabla 2,30 avroya çatıb ki, bu da ilin əvvəlindən etibarən 40 faizdən çox artım deməkdir. Son bir ayda isə qiymət daha 14 sent yüksəlib.

Bir sıra sürücülər yanacağa qənaət etmək üçün avtomobillərindən istifadəni məhdudlaşdırdıqlarını deyirlər. Onların sözlərinə görə, həftəsonu səfərlərinin sayı azalıb və avtomobildən əsasən işə getmək üçün istifadə olunur. Bəziləri isə qiymətlərin yaxın həftələrdə aşağı düşəcəyinə ümid edərək, avtomobilin çənini tam doldurmur.

“Özümüzü dövlət üçün sağmal inək kimi hiss edirik”, - deyə sürücülər vəziyyətin nə qədər çətin olduğunu ifadə edirlər. Bildirirlər ki, qiymət artımı artıq gündəlik həyatın müxtəlif sahələrində hiss olunur.

Həyatın bahalaşması supermarketlərdə də özünü göstərir. Bir çox fransız ailəsi gündəlik alış-veriş zamanı daha diqqətli seçim etməyə məcbur olur. Meyvə-tərəvəz, balıq və ət kimi məhsulların qiymətlərinin artması ailə büdcəsinə əlavə yük yaradır.

İstehlakçılar hətta kiçik bir şirniyyat almaq kimi adi zövqlərdən belə imtina etdiklərini, çünki daha vacib xərclərə üstünlük verməli olduqlarını bildirirlər.

Son sorğulara əsasən, Fransada hər üç vətəndaşdan ikisi hazırda alıcılıq qabiliyyətinin azaldığını hiss etdiyini deyir. Yanacağın bahalaşması və gündəlik xərclərin artması fonunda ölkədə sosial narazılığın yenidən güclənməsi ehtimalı müzakirə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM