satellite   Azerspace-1: 11135 H 30000

Kamerasız ağıllı eynək təqdim ediləcək

Kamerasız ağıllı eynək təqdim ediləcək

“Meta Platforms” şirkəti “Luna” adlandırılan kamerasız ağıllı eynəyi bu ilin payızında təqdim etməyi planlaşdırır.

NTV xarici mediaya istinadla xəbər verir ki, yeni model ağıllı eynəklərin çəkiliş imkanları ilə bağlı artan ictimai marağa cavab olaraq hazırlanır.

Məlumata görə, “Luna” modelində istifadəçinin şirkətin “Meta AI” çatbotu və bu yaxınlarda təqdim edilmiş istehlakçılar üçün nəzərdə tutulan “Muse” süni intellekt agenti ilə danışmasına imkan verən altı daxili mikrofon olacaq.

Eynəyin yan hissəsində “Meta AI” funksiyasını sürətli şəkildə aktivləşdirmək üçün düymə, həmçinin şirkətin mövcud modellərində istifadə olunanlara bənzər dinamiklər yerləşdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM