satellite   Azerspace-1: 11135 H 30000

Sudanda qızıl mədəni çöküb, azı 60 nəfər ölüb

Sudanda qızıl mədəni çöküb, azı 60 nəfər ölüb

Sudanın cənubunda qızıl mədəninin çökməsi nəticəsində azı 60 nəfər ölüb, onlarla mədənçi isə dağıntılar altında qalmış ola bilər.

NTV xarici mediaya istinadən xəbər verir ki, hadisə sentyabrın 15-i Qərbi Kordofan əyalətindəki El-Naxud şəhərinin yaxınlığında yerləşən Əl-Zəraa şaxtasında baş verib.

Bildirilib ki, növbəti günün səhərinədək dağıntılar altından ölən 63 nəfərin meyiti çıxarılıb.

Şahidlərin sözlərinə görə, ölənlərin və ehtimal edilən sağ qalanların axtarışı üzrə işlər primitiv alətlərdən istifadə edilməklə davam etdirilir, lakin dağıntıların aradan qaldırılması üçün ağır texnika lazımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM