satellite   Azerspace-1: 11135 H 30000

Amerikanın Florida ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində doqquz nəfər, o cümlədən texnologiya sahibkarı Adam Robinson, onun həyat yoldaşı və iki azyaşlı uşağı həlak olub. "Report" "New York Post"a istinadən xəbər verir ki, təyyarə qəzası

ABŞ qüvvələri Hörmüz boğazında yerləşən İranın Qeşm adasına hava zərbələri endirib.

NTV  xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, adada baş verən partlayışlar barədə daha əvvəl İranın IRNA agentliyi məlumat yayıb. ABŞ rəsmiləri zərbələri müdafiə xarakterli addım kimi qiymətləndirərək məqsədin İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum imkanlarını məhdudlaşdırmaq olduğunu bildiriblər.

Məlumata görə, ABŞ tərəfi genişmiqyaslı hərbi əməliyyatların bərpası təəssüratı yaratmamaq üçün zərbələr barədə rəsmi açıqlama verməyib. ABŞ Mərkəzi Komandanlığı da hadisə ilə bağlı hələlik məlumat yaymayıb.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu daha əvvəl Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus pilotsuz uçuş aparatlarının vurulduğunu və ələ keçirildiyini iddia edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM