Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Gününün altıncı ildönümü münasibətilə təbrik edib.
NTV xəbər verir ki, nazirliyin bu münasibətlə sosial şəbəkə hesablarında paylaşdığı açıqlamada deyilir: “Zəfər Günün mübarək, qəhrəman Azərbaycan! Altı il əvvəl Qarabağda qazanılan böyük Zəfər münasibətilə azərbaycanlı qardaşlarımızı səmimi-qəlbdən təbrik edirik”.
Qardaş ölkənin müdafiə qurumunda “Bir millət, iki dövlət” kəlamına sadiqlik vurğulanıb.
