satellite   Azerspace-1: 11135 H 30000

Bayden Rusiyanın Baxmutda 100 mindən çox itki verdiyini açıqlayıb

Bayden Rusiyanın Baxmutda 100 mindən çox itki verdiyini açıqlayıb

Rusiya Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlərdəki itkiləri 100 min nəfərdən çoxdur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu rəqəmləri ABŞ Prezidenti Cozef Bayden Yaponiyanın Hirosima şəhərində keçirilən “Yeddilik Qrupu”nun (“G7”) sammitinin yekunlarına dair mətbuat konfransında səsləndirib.

“Baxmut barədə danışırlar ki, tutulub, ya tutulmayıb. Doğru budur ki, Rusiya Baxmutda 100 mindən çox itki verib. Bunu əvəzləmək çətin olacaq. İşğal edilib-edilmədiyi vacib deyil – orada onsuz da çox tikili qalmayıb. Bu, əsasən, önəmli dərəcədə dağıdılmış şəhərdir. Lakin onlar orada “Vaqner” qrupu daxil olmaqla xeyli Rusiya qoşununu cəmləşdirə biliblər”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, Bayden Baxmut haqqında Ukraynanın gözlənilən əks-hücum əməliyyatı və F-16 qırıcılarının orada iştirak etmə ehtimalı kontekstində danışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM