satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna kəşfiyyat qrupu Rusiyanın Belqorod vilayətinə daxil olub

Ukrayna kəşfiyyat qrupu Rusiyanın Belqorod vilayətinə daxil olub

Rusiyanın Belqorod vilayətinin Qrayvoronsk dairəsinə Ukrayna diversiya-kəşfiyyat qrupu daxil olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkov hadisəni təsdiqləyib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Sərhəd Qoşunları ilə birlikdə müvafiq tədbirlər görür.

Qubernator Qlotovo kəndində iki yerli sakinin yaralandığını bildirib. Onlardan biri ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Yerli mətbuatın yaydığı xəbərə görə, hazırda Belqorod vilayətinin Qlotovo, Kozinka, Qora-Podol yaşayış məntəqələrində döyüşlər gedir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM