satellite   Azerspace-1: 11135 H 30000

Ağ Evin yaxınlığında çəpərə çırpılan yük maşınının sürücüsü prezidenti öldürmək niyyətində olduğunu etiraf edib

Ağ Evin yaxınlığında çəpərə çırpılan yük maşınının sürücüsü prezidenti öldürmək niyyətində olduğunu etiraf edib

Vaşinqtonda Ağ Evin yaxınlığında çəpərə çırpılan yük maşınının sürücüsü ABŞ prezidentini öldürmək və hakimiyyəti ələ keçirmək istədiyini etiraf edib.

Naxçıvan televiziyası NBC telekanalına istinadən xəbər verir ki, 19 yaşlı Missuri sakini Sai Varşit Kandula hücumu altı ay planlaşdırdığını bildirib. Hakimiyyəti necə ələ keçirməyi planlaşdırdığı barədə suala cavabında şübhəli şəxs prezidenti öldürmək və yoluna çıxan hər kəsə zərər vermək niyyətində olduğunu deyib.

Məlumata görə, polis yük maşınının sürücüsünü ABŞ prezidentini, vitse-prezidentini və onların ailə üzvlərini öldürmək cəhdində ittiham edib. Kandula həmçinin təhlükəli silahla hücum etməkdə, ehtiyatsız şəkildə avtomobil idarə etməkdə, federal əmlaka ziyan vurmaqda və mühafizə olunan əraziyə qanunsuz daxil olmaqda ittiham olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM