satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstan ilə Çin arasında müntəzəm aviareyslər bərpa edilib

Əfqanıstan ilə Çin arasında müntəzəm aviareyslər bərpa edilib

Əfqanıstanın milli aviadaşıyıcısı “Ariana Əfqan Hava Yolları” şirkəti mayın 24-dən etibarən paytaxt Kabil ilə Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçi şəhəri arasında müntəzəm sərnişin təyyarəsi uçuşlarını bərpa edib.

Naxçıvan televiziyası şirkətin açıqlamasına istinadla xəbər verir ki, sözügedən istiqamətdə müntəzəm uçuşlar COVID-19 böhranı səbəbindən təxminən üç il idi dayanmışdı. Uçuşlar həftədə bir dəfə reallaşacaq. “Ariana Əfqan Hava Yolları” iki ölkə arasında birbaşa uçuşları yerinə yetirən yeganə şirkətdir.

Əfqanıstanın nəqliyyat və aviasiya nazirinin müavini Qulam Cilani Vəfa bildirib ki, iki ölkə arasında birbaşa uçuşların bərpası iqtisadi-ticari əlaqələrin inkişafına müsbət təsir göstərəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM