satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: “TCG Anadolu” desant gəmisi daha da təkmilləşdiriləcək"

Ərdoğan: “TCG Anadolu” desant gəmisi daha da təkmilləşdiriləcək"

“TCG Anadolu” desant gəmisi daha da təkmilləşdiriləcək".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib.

O, Türkiyənin müdafiə sənayesi sahəsində çox böyük işlər gördüyünü vurğulayıb.

Ərdoğan Türkiyənin istehsal etdiyi PUA-ları, “Akınçı”ları, “Qızıl alma”nı, eləcə də “Anka” və “Kaan” təyyarələrini misal gətirib.

Türkiyə lideri bununla kifayətlənmədiklərini və çalışmağa davam edəcəklərini bildirib.

Qeyd edək ki, “TCG Anadolu” desant gəmisinin istehsalına 2016-cı ildən başlanılıb. Gəmi 2019-cu ilin mayında suya buraxılıb və 2022-ci ilin iyun ayından etibarən onun sınaqları keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM