satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan yeni nüvə blokunun tikintisi üçün ABŞ-la danışıqlar aparıldığını deyib

Paşinyan yeni nüvə blokunun tikintisi üçün ABŞ-la danışıqlar aparıldığını deyib

İrəvan bütün tərəfdaşlarını yeni nüvə blokunun tikintisi ilə bağlı digər tərəflərlə apardığı danışıqlar barədə məlumatlandırır.

Naxçıvan televiziyası xəbər verir ki bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə ABŞ-ın Ermənistanda reaktor tikməsi planları haqda danışarkən deyib.

"Biz bunu gizlətmirik. Hökumət ölkənin nüvə enerjisi sənayesinin imkanlarını inkişaf etdirmək niyyətindədir. Bu proqram çərçivəsində tərəfdaşlarla: Rusiya, ABŞ və üçüncü ölkələrlə fəal danışıqlar aparılır. İrəvan araşdırır və iqtisadi baxımdan ən sərfəli layihəni seçir, bunun üzərində ekspertlər işləyir. Yaxın vaxtlarda ABŞ-a səfər edəcək Ermənistan nümayəndə heyəti modul reaktorların imkanları ilə tanış olacaq. Bu, imkanlarını tədricən artıraraq 300 meqavata qədər gücə malik modulların qurulmasına imkan verəcək”, - o deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM