satellite   Azerspace-1: 11135 H 30000

Türkiyəli məşhur aparıcı vəfat edib

Türkiyəli məşhur aparıcı vəfat edib

Türkiyəli aparıcı və yazıçı Metin Uca 62 yaşında vəfat edib.

Naxçıvan televiziyası xəbər verir ki, Ucanın ölüm xəbərini meneceri Kübra Kalem Baykara sosial şəbəkədə açıqlayıb.

“Metin Ucamızı itirdik. Ürəyimiz ağrıyır”, – menecer yazıb.

Xatırladaq ki, noyabrın əvvəlində Türkiyənin Kocaeli şəhərinin Dilovası rayonunda avtomobil sürərkən aparıcının vəziyyəti anidən pisləşib və o, qəza törədib. Onun şah damarlarının tıxanmış olduğu ortaya çıxıb.

Qeyd edək ki, Metin Uca 1961-ci ildə İstanbulda doğulub. Karyerasına “Anadolu” agentliyində başlayan jurnalist fəaliyyətini TRT, daha sonra “Kanal D”, “Show TV”, ATV və “Star TV”də davam etdirib. O, ilk növbədə, “Passaparola” verilişinin aparıcısı kimi tanınıb. Uca yazıçı kimi bir neçə kitabın müəllifidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM