satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti Almaniyaya səfər edəcək

Türkiyə Prezidenti Almaniyaya səfər edəcək

Noyabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, Prezident Ərdoğan paytaxt Berlində Almaniya Kansleri Olaf Şolts ilə görüşəcək.

Görüş zamanı başda iqtisadiyyat olmaqla iki ölkə arasındakı əlaqələr, eləcə də İsrail-Fələstin qarşıdurmasının müzakirə olunacağı gözlənilir.

Prezident Ərdoğanın Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, Almaniya Türkiyənin ən böyük ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında əsas məqsəd ilin sonuna hədəflənən 50 milyard dollar məbləğində ticarət həcmini ən qısa zamanda aşmaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM