satellite   Azerspace-1: 11135 H 30000

Alimlər gözlənilən maqnit qasırğası barədə xəbərdarlıq ediblər

Alimlər gözlənilən maqnit qasırğası barədə xəbərdarlıq ediblər

Noyabrın 22-də Yer kürəsi yenidən güclü maqnit qasırğasının təsiri altında olacaq. Həmin gün halsızlıq, başağrısı, təzyiqin qalxıb-enməsi halları mümkündür. Eyni vəziyyət noyabrın 24-25-də də təkrarlanacaq.

Naxçıvan televiziyası “news.ru”ya istinadla xəbər verir ki, Kosmik Tədqiqatlar İnstitutunun günəş astronomiyası laboratoriyası müdirinin müavini Sergey Boqaçovun sözlərinə görə, ilin sonunadək G3 səviyyəli maqnit qasırğalarının dəfələrlə təkrarlanması mümkündür.

Bundan başqa, alim qeyd edib ki, belə qasırğalar yaxın iki il ərzində müntəzəm olaraq təkrarlanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM