satellite   Azerspace-1: 11135 H 30000

İran və Türkiyə Araz çayında su ehtiyatlarının bölüşdürülməsini müzakirə edəcəklər

İran və Türkiyə Araz çayında su ehtiyatlarının bölüşdürülməsini müzakirə edəcəklər

İran-Türkiyə Su Əməkdaşlığı Komitəsinin ikinci iclasında Araz çayında su ehtiyatlarının bölüşdürülməsi müzakirə ediləcək.

Naxçıvan televiziyası  xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Tehranda baş tutacaq iclasda rəsmi şəxslər ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən iki ölkə arasında birgə su əməkdaşlığının inkişafı üçün çərçivə və zəruri mexanizmlərin müəyyənləşdirilməsini müzakirə edəcəklər.

İclasa Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı və İranın energetika nazirinin müavini Məhəmməd Cavanbəxt sədrlik edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM