satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan KTMT-nin yardımından imtina edib

Ermənistan KTMT-nin yardımından imtina edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından ona yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib.

Naxçıvan televiziyası “Belta”ya istinadən xəbər verir ki, bunu noyabrın 20-də KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.

Qeyd olunub ki, Belarus KTMT Şurasının 34 prioritet istiqamətindən 32-sini icra edib.

Baş katib əlavə edib ki, 2 tədbirin icrası mümkün olmayıb: “Bunlardan biri KTMT Şurasının Ermənistana yardımı ilə bağlıdır. Digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, erməni tərəfi bu sənədə maraq göstərməyib. Bundan başqa, işin sonunda bu məsələni ümumiyyətlə gündəlikdən çıxarmağı xahiş edib”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM