satellite   Azerspace-1: 11135 H 30000

Cozef Baydenin reytinqi rekord minimum səviyyəyə enib

Cozef Baydenin reytinqi rekord minimum səviyyəyə enib

Müstəqil seçicilər arasında ABŞ Prezidenti Cozef Baydenin fəaliyyətinin dəstək reytinqi 27 faizə enib.

Naxçıvan televiziyası “The New York Post” qəzetinə istinadla xəbər verir ki, ekspertlərin fikrincə, Cozef Baydenin əsas seçicilər qrupu arasında dəstəyinin azalması onun ölkə iqtisadiyyatına və Fələstin-İsrail münaqişəsinə yanaşması ilə bağlıdır.

ABŞ Prezidentinin fəaliyyətinə ən zəif dəstək iqtisadiyyata yanaşmasına (24 faiz) və ABŞ-ın Qəzza sektorundakı münaqişədə iştirakına (25 faiz) verilib. Ən yüksək dəstək isə onun Ukrayna-Rusiya müharibəsi ilə bağlı siyasətinə (31 faiz) və səhiyyə sahəsinə yanaşmasına (35 faiz) göstərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM