satellite   Azerspace-1: 11135 H 30000

Çində pilotsuz dəniz helikopterləri istifadəyə verilib

Çində pilotsuz dəniz helikopterləri istifadəyə verilib

Çinin AR500 tipli ilk iki pilotsuz dəniz helikopteri Şandun əyalətinin şərqində yerləşən Veyhay şəhərinin dəniz işləri bürosuna təhvil verilib.

Naxçıvan televiziyası Çinin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, uzunluğu 7,33 metr, eni 1,58 metr, hündürlüyü isə 2,43 metr olan dəniz helikopteri 75 kiloqramadək yük götürə və 150 kilometr radiusda saatda maksimum 150 kilometr sürətlə uça bilir.

İstifadəyə verilən helikopterlər foto-elektrik modullar, dəniz gəmilərini avtomatik tanıma sistemləri, infraqırmızı və termal kamera və real vaxt rejimində uzaq məsafələrdə birbaşa video əlaqə kimi ən qabaqcıl avadanlıqlarla təchiz olunub.

Veyhay şəhərinin dəniz işləri bürosu pilotsuz helikopterlərdən axtarış-xilasetmə əməliyyatlarında, gəmilərin hərəkətinin tənzimlənməsində və fövqəladə hallar zamanı istifadə etməyi planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM