satellite   Azerspace-1: 11135 H 30000

Lavrov erməni həmkarına irad tutub

Lavrov erməni həmkarına irad tutub

Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyana irad tutub.

Naxçıvan televiziyası xəbər verir ki, hadisə Lavrovla Mirzoyanın Şimali Makedoniyanın paytaxtı Skopyedə görüşü zamanı baş verib.

Görüşdən yayılan qısa videoda Lavrovun Mirzoyana irad tutduğu müşahidə olunub.

“Sizin səfiriniz sərbəstdir, göstərişsiz işləyir?”, – Lavrov Mirzoyanı Ermənistanın Vyanadakı və ATƏT-dəki səfirinin fəaliyyətinə görə qınayıb.

Qeyd edək ki, KİV-də Ermənistanın Avropadakı səfirlərinin anti-Rusiya fəaliyyətlərində fəal iştirak etdiklərinə dair məlumatlar yayılmaqdadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM