satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada "Boeing" təyyarəsi qəza enişi edib

Rusiyada "Boeing" təyyarəsi qəza enişi edib

Rusiyanın paytaxtı Moskvadan səmaya qalxan təyyarə Yujno-Saxalinsk hava limanında məcburi eniş edib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyinin saytı xəbər yayıb.

Qeyd edilir ki, dekabrın 1-də Moskva vaxtı ilə 1:34 (Bakı vaxtı ilə saat 2:34) təyyarə Yujno-Saxalinsk hava limanına enib.

"Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinə "Aeroflot"a məxsus "Boeing 737" təyyarəsinin Yujno-Saxalinsk hava limanında qəza enişi etməyə hazırlaşdığı barədə məlumat daxil olub", - mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunub ki, eniş insidentsiz həyata keçirilib və xəsarət alan olmayıb. Təcili enişin səbəbləri açıqlanmır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM