satellite   Azerspace-1: 11135 H 30000

Kreml: ABŞ-nin hegemonluğuna söykənən dünya düzəni sona yetir

Kreml: ABŞ-nin hegemonluğuna söykənən dünya düzəni sona yetir

ABŞ-nin hegemonluğuna söykənən dünya düzəni sona yetir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. “Amerikamərkəzli dünya düzəni sona yetir, əvəzində, o cümlədən beynəlxalq iqtisadi münasibətlərdə də müxtəliflik dövrü başlayır”, - deyə o vurğulayıb.

D.Peskov həmçinin qeyd edib ki, Rusiya ABŞ sanksiyalarının uzunmüddətli olacağına şübhə etmir və iqtisadi sahədə, habelə beynəlxalq münasibətlərdə öz siyasətini bu sanksiyalara uyğun qurur.

Kremlin rəsmi nümayəndəsi Braziliya OPEK+ formatına daxil olduqdan sonra da Rusiyanın üzv ölkələrlə fəaliyyətini davam etdirəcəyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM