Amerikalı jurnalist: “Rusiya ilə Ukrayna arasında hərbi səviyyədə sülh danışıqları aparılır”

Amerikalı jurnalist: “Rusiya ilə Ukrayna arasında hərbi səviyyədə sülh danışıqları aparılır”

Moskva və Kiyev arasında Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov səviyyəsində gizli danışıqlar aparılır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri amerikalı jurnalist, Pulitser mükafatı laureatı Seymur Herş Amerika administrasiyasındakı mənbələrə, eləcə də Ukrayna hökumətindəki vəziyyətlə tanış olan amerikalılara istinadən məqaləsində yazıb.

“Bu danışıqların aparıcı qüvvəsi Vaşinqton və ya Moskva deyil, ABŞ prezidenti Co Bayden və ya Rusiya prezidenti Vladimir Putin deyil, müharibədə vuruşan iki yüksək rütbəli general, rusiyalı Valeri Gerasimov və ukraynalı Valeri Zalujnı idi”-deyə, o bildirib.

Müqavilə, jurnalistin fikrincə, ilhaq edilən Krımın Rusiyanın tərkibində qalacağını və Ukraynanın işğal edilən ərazilərində prezident seçkilərinin keçirilməsini nəzərdə tutur.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM