satellite   Azerspace-1: 11135 H 30000

WSJ: İsrail kəşfiyyat orqanları xaricdə HƏMAS liderlərini məhv etməyi planlaşdırır

WSJ: İsrail kəşfiyyat orqanları xaricdə HƏMAS liderlərini məhv etməyi planlaşdırır

İsrail kəşfiyyat xidmətləri Qəzza zolağında hərbi əməliyyat başa çatdıqdan sonra Fələstinin radikal HƏMAS hərəkatının dünya üzrə liderlərini izləməyə və məhv etməyə hazırlaşır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “The Wall Street Journal” İsrail rəsmilərinə istinadən məlumat yayıb.

İsrailin Baş naziri Benyamin Netanyahunun göstərişi ilə kəşfiyyat agentləri, xüsusilə Livan, Türkiyə və Qətərdə HƏMAS liderlərini izləmək üçün planlar hazırlayırlar.

Qeyd olunub ki, bu, İsrailin bütün dünyada illərlə davam edə biləcək gizli əməliyyatlarının başlanğıcı ola bilər. Eyni zamanda, qəzet vurğulayıb ki, xaricdə məqsədyönlü qətllər beynəlxalq hüququn pozulmasına çevrilə və yerli hakimiyyət orqanlarının icazəsi olmadan həyata keçiriləcəyi ölkələrin cavabı ilə nəticələnə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM