Rusiyada anomal soyuq olacaq, temperatur mənfi 50 dərəcədən aşağı düşəcək

Rusiyada anomal soyuq olacaq, temperatur mənfi 50 dərəcədən aşağı düşəcək

Rusiyanın əksər ərazisini yaxın günlərdə anomal soyuq hava gözləyir, bəzi bölgələrdə şaxtalar mənfi 40-50 dərəcəyə çatacaq.

NUHÇIXAN-ın məlumatına görə, bunu TASS-a Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.

Onun sözlərinə görə, dekabrın 2-dən 6-dək Şimal-Qərb Federal Dairəsinin bütün rayonlarında havanın temperaturu iqlim normasından 7-14 dərəcə, bəzi yerlərdə isə 15-20 dərəcə aşağı olacaq. Krasnoyarsk, Maqadan və Xabarovsk əraziləri, Yakutiya və Çukotka ərazilərini xüsusilə soyuq hava gözləyir:

“Taymir və Evenki vilayətlərində (Krasnoyarsk diyarı - Qeyd) havanın temperaturu 35-42 dərəcə şaxta olacaq. Yakutiyada, Maqadan diyarında və Çukotkada mənfi 43-49 dərəcə, Yakutiyada - hətta bəzi yerlərdə mənfi 54 dərəcəyədək soyuq olacaq”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM