satellite   Azerspace-1: 11135 H 30000

KİV: İsrail Qırmızı dənizə döyüş gəmiləri və sualtı qayıq göndərib

KİV: İsrail Qırmızı dənizə döyüş gəmiləri və sualtı qayıq göndərib

İsrail Qırmızı dənizə bir neçə döyüş gəmisi və qabaqcıl sualtı qayıq göndərib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, bu addım İranın fəaliyyətini izləmək üçün atılıb.

Qeyd edilib ki, İsrail gəmiləri Qırmızı dənizdə olan ABŞ hərbçiləri ilə mütəmadi əlaqədədir.

Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin "Carney" esminesi və Qırmızı dənizdəki bir neçə ticarət gəmisi Yəməndən atılan raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM