satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu Qəzzada 200-ə yaxın obyektə zərbələr endirib

İsrail ordusu Qəzzada 200-ə yaxın obyektə zərbələr endirib

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 200-ə yaxın obyektinə zərbələr endirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail ordusunun quru qüvvələri Hərbi Hava Qüvvələri ilə birlikdə Qəzza zolağında fəaliyyətini davam etdirir”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, dekabrın 1-də İsrail və HƏMAS arasında atəşkəs başa çatıb. İsrail Müdafiə Ordusu bildirmişdi ki, HƏMAS atəşkəsi pozaraq İsrail ərazisinə atəş açıb. Nəticədə İsrail hərbçiləri Qəzza zolağında HƏMAS-a qarşı döyüşləri bərpa edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM