satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin Milli Aerokosmik Agentliyi Aya eniş edəcəyi tarixi açıqlayıb

ABŞ-nin Milli Aerokosmik Agentliyi Aya eniş edəcəyi tarixi açıqlayıb

ABŞ-nin Milli Aerokosmik Agentliyi (NASA) yaxın vaxtlarda Aya eniş əməliyyatlarını yenidən bərpa etmək niyyətindədir.

Naxçıvan televiziyası Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, amerikalı astronavtların 1969-cu ildə Aya ayaq basmasından yarım əsrdən də çox vaxt keçsə də, bu mövzu ilə bağlı ortaya atılan yeni nəzəriyyələrin ardı-arası kəsilmir.

ABŞ-nin səlahiyyətli orqanları bu səfəri yenidən təkrarlamağa hazır olduqlarını və gələn ilin yanvar ayının 25-də Aya kosmik qurğu endirməyi planlaşdırdıqlarını bəyan ediblər. “Pereqrin” adı verilən bu qurğuda insan olmayacağı üçün Aya eniş əməliyyatının bu dəfə elə də həyəcan yaratmayacağı bildirilir.

“Pereqrin” cihazı Aydan müxtəlif nümunələr toplayacaq və gələcəkdə insanlardan ibarət “Artemis” ekspedisiyanın Aya edəcəyi eniş əməliyyatlarının uğurlu olmasına zəmin yaradacaq.

Qeyd edək ki, indiyə qədər Aya yalnız dörd ölkə - ABŞ, Rusiya, Çin və Hindistan uğurla eniş etməyə müvəffəq olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM