satellite   Azerspace-1: 11135 H 30000

Mark Zukerberq “Meta”nın səhmlərini satıb

Mark Zukerberq “Meta”nın səhmlərini satıb

"Meta Platforms”un baş direktoru, feysbuk, “Instagram”, “Messenger” və “Whatsapp”ın sahibi Mark Zukerberq iki ildə ilk dəfə şirkətin səhmlərini satıb.

Naxçıvan televiziyası xəbər verir ki, satış əməliyyatı digər fondlarla yanaşı, amerikalı milyarder sahibkarın malik olduğu Zukerberq fondu və xeyriyyə fondunda səhmlərin payının ixtisarı hesabına həyata keçirilib. Ümumilikdə, “Meta”nın həmtəsisçiləri noyabr ayında təqribən 185 milyon dollar dəyərində 682 min səhmi satışa çıxarıblar.

Cari ilin noyabrında ilin əvvəlindən bəri səhmlərin dəyəri 172 faiz artıb və 2021-ci ildəki tarixi maksimuma yaxınlaşır. Hazırda 39 yaşlı Mark Zukerberq “Meta”nın səhmlərinin 13 faizinə malikdir ki, bu da onun 117,7 milyard dollarlıq ümumi sərvətinin böyük bir hissəsini təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM