satellite   Azerspace-1: 11135 H 30000

Fransa Ermənistanı silahlandırmaqda davam edir

Fransa Ermənistanı silahlandırmaqda davam edir

Fransa Senatı Ermənistana CAESAR tipli artilleriya qurğuları, MİSTRAL raket kompleksi göndərmək barədə qərar qəbul edib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə “Armenpress” portalı Fransa Senatının hesabatına istinadla məlumat yayıb.

Fransa Ermənistana 2023-cü ildə hərbi yardım göndərməyə söz verib. Senatın hesabatında deyilir ki, bu silahların, eləcə də yeni hava hücumundan müdafiə sistemlərinin Ermənistana verilməsində əsas məqsəd rəsmi İrəvana, guya mülki vətəndaşlarını və sərhədlərini qorumağa kömək göstərməkdir.

Portal yazır ki, bundan əvvəl isə Ermənistan prezidenti Vaqan Xaçaturyan “France2” telekanalına müsahibəsində ölkəsinə Rusiyanın əvəzində başqa hərbi tərəfdaş lazım olduğunu bildirib. Onun sözlərinə görə, Fransa bu sahədə Ermənistana yardım etməyə hazır olduğunu bəyan edən ilk ölkədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM