Kömür və qaz kimi ənənəvi yanacaqlardan istifadə zamanı atmosferəatılan zərərli karbon qazı bu il rekord həddə çatacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat “Global Carbon Project” təşkilatının məruzəsində yer alıb.
Sənəddə qeyd olunur ki, 2023-cü ildə havaya atılan karbon qazının miqdarı təxminən 37 milyard ton təşkil edəcək. Öncəki illə müqayisədə bu göstərici 1,1 faiz artıb. Hindistanda 8,2 faiz, Çində isə 4 faiz artım müşahidə edilib. Eyni zamanda karbon qazı emissiyası Avropada 7,4 faiz, ABŞ-də 3 faiz azalıb.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP28) keçirilir. Dekabrın 12-dək davam edəcək tədbirdə müxtəlif ölkələrdən 70 mindən çox nümayəndə, o cümlədən iri biznes və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, tədqiqatçılar, ekspertlər və jurnalistlər iştirak edirlər.