İsrail Qəzzada 138 girovun qaldığını bildirib

İsrail Qəzzada 138 girovun qaldığını bildirib

İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında 138 nəfəri girov saxlamağa davam etdiyini təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti Silahlı Qüvvələrin nümayəndəsi Daniel Həqariyə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, oktyabrın 7-dən itkin düşmüş hesab edilən bir nəfər hazırda HƏMAS-ın 138 girovu arasındadır. İsrail ordusunun bəyanatında deyilir ki, Qəzzada saxlanılanlar arasında 20 qadın və uşaq var.

Qeyd edək ki, HƏMAS hərəkatı Misir və Qətərin vasitəçiliyi ilə İsraillə Qəzza zolağında noyabrın 24-dən 4 günlük humanitar atəşkəs haqqında razılığa gəlmişdi. Razılaşmada azad edilən hər bir qadın və uşaq girovunun müqabilində İsrailin üç fələstinli qadın və uşağı həbsdən azad etməsi nəzərdə tutulurdu. Tərəflər atəşkəsi bir neçə dəfə uzadıblar, lakin dekabrın 1-i səhər saatlarında İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edib və Qəzzada yenidən hərbi əməliyyatlara başlayacağını açıqlayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM