satellite   Azerspace-1: 11135 H 30000

Livanın Baş naziri: "İsraillə dövlət sərhədini yaxın 3 ayda tənzimləmək planlaşdırılır"

Livanın Baş naziri: "İsraillə dövlət sərhədini yaxın 3 ayda tənzimləmək planlaşdırılır"

Livan İsraillə dövlət sərhədini BMT-nin himayəsi altında yaxın 3 ay ərzində tənzimləməyi planlaşdırır.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bunu Livanın Baş naziri Nəcib Mikati bildirib.

“Biz ümid edirik ki, yaxın üç ay ərzində cənub sərhədimizdə tam sabitliyə nail olacağıq və İsraillə qalan mübahisəli məsələləri həll edəcəyik”, - Baş nazir vurğulayıb.

Onun sözlərinə görə, bu, tərəfləri müharibədən xilas edəcək: “Söhbət 2006-cı ildə baş vermiş münaqişədən sonra Livan-İsrail sərhədində atəşkəslə bağlı BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasının bərpası təşəbbüsündən gedir”.

İnformasiyaya əsasən, dekabrın 5-də İsrail hərbçilərinin Livan ordusunun əl-Edeisdəki sərhəd məntəqəsini atəşə tutması nəticəsində bir əsgər ölüb, üçü yaralanıb. Oktyabrın 8-dən, Livan-İsrail sərhədində hərbi gərginlik başlayandan ilk dəfədir Livan əsgəri həlak olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM