satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan-Rusiya yolu yenidən bağlanıb

Gürcüstan-Rusiya yolu yenidən bağlanıb

Gürcüstandan Rusiyaya gedən yeganə Yuxarı Lars yolu yenidən bağlanıb. İki ölkənin sərhədindəki keçid məntəqəsində irihəcmli yük maşınlarının hərəkəti qadağan edilib.

Naxçıvan televiziyası xəbər verir ki, yolun bağlanmasına hava şəraitinin yenidən pisləşməsi, güclü qar yağması, yolların buz bağlaması və dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin artması səbəb olub. Hazırda yolda 2000-dən çox yük avtomobilinin dayandığı bildirilir. Onların böyük əksəriyyəti Ermənistana məxsusdur.

Qeyd edək ki, “Gürcüstan hərbi yolu” kimi də tanınan bu beynəlxalq əhəmiyyətli magistral Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.

Yol bir neçə gün əvvəl də əlverişsiz hava şəraiti ilə əlaqədar bağlanmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM