satellite   Azerspace-1: 11135 H 30000

Arktikada müşahidələr tarixinin ən isti yayı qeydə alınıb

Arktikada müşahidələr tarixinin ən isti yayı qeydə alınıb

Arktika bu il müvafiq müşahidələrin aparıldığı dövrdən bəri ən isti yay fəslini yaşayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumat ABŞ-nin İqlim Agentliyinin hesabatında yer alıb.

Hesabata görə, 2023-cü ilin yay aylarında şimal qütbü ətrafındakı ərazilərdə indiyə qədər qeydə alınan ən yüksək temperatur müşahidə olunub. Ekspertlər bunu iqlim dəyişikliyinin sürətlənməsinin əlaməti hesab edirlər.

Qrenlandiyada buz təbəqəsinin ən yüksək nöqtəsi müşahidələrin aparıldığı son 34 ildə beşinci dəfədir ki, əriyib və dənizdə buzun ölçüsü azalmağa davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM